登入
選單
返回
Google圖書搜尋
İrävan xanlığı
A.A. Bakıxanov adına Tarix İnstitutu
其他書名
Rusiya işğalı vä ermänilärin Şimali Azärbaycan torpaqlarına köçürülmäsi
出版
Elm
, 2010
ISBN
9952813341
9789952813340
URL
http://books.google.com.hk/books?id=LsklAQAAMAAJ&hl=&source=gbs_api
註釋
Oxuculara təqdim olunan bu kitabda Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən birindən - İrəvan xanlığından (1747-1828) bəhs olunur. Təkzibolunmaz ilkin mənbələr əsasında bu dövlətin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması sübuta yetirilir. Monoqrafiyada İrəvan xanlığı əhalisinin etnik tərkibi ilkin mənbələr əsasında araşdırılmış və erməni müəlliflərinin xanlığın xristian əhalisi barədə uydurma fikirləri - əhalinin əksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa olunmuşdur. Bundan əlavə, İrəvan xanlığının sosial-iqtisadi həyatı, sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik sistemi və xarici siyasəti təkzibedilməz dəlillərlə işıqlandırılmışdır. Əsərdə İrəvan xanlığının XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi, böyük çətinliklə Rusiya imperiyası tərəfindən işğal edilməsi, ən əsası işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülməsi geniş əksini tapmışdır. Əsas məqsəd Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bir dövlət - İrəvan xanlığı haqda elmi ədəbiyyatda indiyə qədər mövcud olan saxta, uydurma fikirləri ifşa etmək, real tarixi elmi ictimaiyyətə və oxuculara olduğu kimi çatdırmaqdır.